“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Dərslər Azərbaycan və İngilis dillərində tədris olunacaqdır.
İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında /ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada aparılacaqdır. Aşağıda qeyd olunmuş dərslər cari ilin oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin Blackboard öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir:
Dərslər oktyabr ayında başlayacaq.
Vaşinqton Mərhələsi
Proqramın ABŞ-da keçiriləcək hissəsi 5-6 həftə müddətinə tamamilə əyani və ingilis dilində 2026-ci ilin fevral - mart ayında keçirilməsi nəzərdə tutulmuşdur.
Bu müddət ərzində proqram iştirakçıları yuxarıda qeyd olunan dərslərdən əlavə, ADA Universitetinin Vaşinqton Mərkəzində və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və Kadrların İnkişafı İnstitutunda təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin, iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini də ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar.
Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.
İştirak üzrə tələblər və seçim meyarları:
Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:
Proqramın ABŞ komponentinə seçim 3 meyardan ibarətdir:
Tələb olunan sənədlər:
Sənədlər 05 sentyabr 2025-ci il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: bmm@ada.edu.az
Qeyd: Onlayn ərziəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.
ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və Azərbaycan Respublikasında təhsilinin inkişafına öz töhfəsini verməyə hazır olan namizədləri gözləyir.